Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Enginet LLC Sürücü vəzifəsi üzrə vakansiya elan edir. BC kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin mal-materialının öncədən təyin olunmuş yerə çatdırılması;
- Nəqliyyat vasitəsinə hər hansı bir malın yükləndiyi, daşındığı və boşaldıldığı vaxt mal-materialların təhlükəsizliyə nəzarət edib, zəruri ehtiyat tədbirlərinin həyata keçirilməsi;
- Avtomobilin texniki sazlığının müntəzəm olaraq və xəttə çıxmazdan əvvəl yoxlanılması;
- Vəzifə icrası ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə verilən tələblər:
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Orta və ya ali təhsil;
- Yaş həddi: 30-45 yaş;
- Sürücülük təcrübəsi: ən azı 2 il;
- Ford Transit markalı avtomobilinin və ya digər yükdaşıma nəqliyyat vasitəsinin olması;
- Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilməli;
- İşində son dərəcə məsuliyyətli, diqqətli, intizamlı olmalı;
- Kollektivdə işləmə bacarığı;
- Şirkətin Region nümayəndəliklərinə ezamiyyətə getməyə açıq olmalı.
İş qrafiki: 09.00-17.00 (Bazar ertəsi-Cümə). 10.00-14.00 (Şənbə)
Əmək haqqı: vəzifə maaşı+nəqliyyata görə amortizasiya haqqı+benzin
Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Sürücü” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...