Qısa məzmun
Performance Center Co MMC Sürücü (moped və minik avtomobili üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Kiçik həcmli yüklərin moped vasitəsi ilə, zərurət yarandıqda böyük həcmli yüklərin minik avtomobili vasitəsi ilə daşınması
- Topdan və pərakəndə satış nöqtələrindən sifariş olunan ehtiyat hissələrinin təhvil alıb təyin olunan ünvana çatdırılması
- Təhvil alınan ehtiyat hissəsi və digər məhsulu ətraflı yoxlamalı , təhvil alıb və təhvil verməsi
- Müvafiq sənədlərin yoxlanılması ( qaimələrin yoxlanılması miqdar, say və digər qeydlərin yoxlanılması )
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiz və səliqəli saxlanılması, dövrü təmir qulluqlarının vaxtında icra edilməsi
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edilməsi.
Namizədə qarşı tələblər:
- Bakı şəhərində əraziləri yaxşı səviyyədə tanımalı
- Sürücülük təcrübəsi- 2 ildən artıq
- Sürücülük vəsiqəsi Minik avtomobili (B kateqoriyası) və moped idarəetmə
- Yaş həddi – 20-35 yaşadək
- Azərbaycan dilində səlis danışmalı
- Hərbi xidməti bitirmiş olsun
- Ünsiyyət qurma bacarığı, gülərüz, səliqəli görünüş.
- Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir.
İş şərtləri:
- İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 700₼
Əlaqə nömrəsi: +994502913018
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Sürücü(moped və minik avtomobili üzrə) ” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Sürücü
Mətanət A Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Sürücü
Mətanət A şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Logistika koordinatoru
Starex Logistika koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...