Qısa məzmun
Autostar Kaukasus Qmbh Azərbaycan Sürücü (D/DE kateqoriyalı) vəzifəsi üzrə vakansiya elan edir.
Sürücü (D/DE kateqoriyalı) – “Autostar Kaukasus Qmbh Azərbaycan” (Mercedes-Benz)
Namizədə tələblər:
- Sürücülük vəsiqəsi ( “D” və ya “DE” kateqoriyası);
- Minimum 8 il sürücülük təcrübəsi olmalı;
- Səliqəli, ciddi və məsuliyyətli olmalı;
- Şəhər küçələrinin rəsmi adlarını və yerləşməsini yüksək səviyyədə bilməli;
- Rus dili arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Əməkdaşların (qonaqların) təyin olunan ünvanlara təhlükəsiz şəkildə və vaxtlı-vaxtında çatdırılması;
- Avtomobilin xəttə çıxmazdan əvvəl texniki vəziyyətinin yoxlanılması, iş zamanı ortaya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
- Avtomobilin saz vəziyyətdə saxlanılmasının, texniki baxışın göstərilməsinin təşkili, avtoanbar ərazisinin abadlaşdırılması və təmizlənməsi üçün tədbirlərin həyata keçirilməsi;
- Nəqliyyat vasitəsinin vaxtında lazımi xidmət göstərilməsinə və düzgün saxlanılmasına, texniki vəziyyətinə, səliqəliliyinə və təmizliyinə nəzarət, avtomobilin nasazlığı haqqında rəhbərliyin məlumatlandırılması;
- Avtoanbarın giriş yolunun yüklənməsi və nəqliyyat vasitələrinin saxlanma ərazisinə kənar şəxslərin daxil olmamasına nəzarət, avtomobillərin inventarizasiyasında iştirak və müvafiq sənədləşmənin aparılması.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini ulvi.verdiyev@srgroupco.com elektron ünvanına təqdim edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Sürücü
Mətanət A Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Sürücü
Mətanət A şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Logistika koordinatoru
Starex Logistika koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...