Qısa məzmun
Superfon Sürücü vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
- Satışa dəstək olmaq;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
- Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi 6ay-1il
- Kollektiv ilə işləmə bacarığı
- İşində məsuliyyətli
- Yaş:25-45
- Sürücülük vəsiqəsi-B,C kateqoriya
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Sürücü” qeyd edərək və ya +994512015515 nömrəsinə (whatsapp aktivdir) göndərə bilərsiz.
Oxşar vakansiya siyahısı:
Əməliyyat üzrə baş mütəxəssis
189 TAXİ Əməliyyat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Sürücü köməkçisiİnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...