Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Enginet LLC Sürücü (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitəsini idarə etdiyi zaman sərnişinlərin həyatı üçün təhlükəli şərait yaranarsa maksimum dərəcədə qarşısını almaq;
- Nəqliyyat vasitəsini təyin olunmuş əraziyə yönəldiyi, hər hansı bir malın yükləndiyi, daşındığı vaxt ərzində sağlamlıq və təhlükəsizlik üçün riskli olmadığına nəzarət edib və zəruri ehtiyat tədbirlərini həyata keçmək;
- Ona etibar edilmiş əmlakın, maddi və digər sərvətlərin salamatlığını təmin еdir, onların saxlanması, daşınması, istifadəsi, İşəgötürənə təhvil verilməsi və digər əməliyyatların aparılması ilə əlaqədar müəyyən edilmiş qaydalara riayət edir.
- Gün ərzində hərəkət etdiyi marşrut üzrə məlumatı qeydiyyat kitabında qeyd etməli və gördüyü işlər barədə həftəlik hesabat hazırlayıb birbaşa rəhbərinə hər həftənin sonu əqdim etməlidir.
- Vəzifə icrası ilə bağlı Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və s.
Namizədə verilən tələblər:
- Şəxsi maşınının olması;
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Orta və ya ali təhsil;
- Yaş həddi: 25-40 yaş;
- Sürücülük təcrübəsi: ən azı 2 il;
- Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilməli;
- İşində son dərəcə məsuliyyətli, diqqətli, intizamlı olmalı;
- Kollektivdə işləmə bacarığı;
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: vəzifə maaşı+nəqliyyata görə amortizasiya haqqı+benzin
Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Sürücü” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...