Sürücü çatdırıcı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Camal” LTD şirkəti Sürücü çatdırıcı vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Verilən sifarişlərə uyğun malların göstərilən ünvana vaxtında, təyinatına zərər yetirilmədən çatdırmaq:
  • Verilən sifarişlər qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü çatdırıcı malların səliqəli, zədələnmədən, yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana çatdırmaq;
  • İdarə etdiyi avtomaşının sazlığını, müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirilməsinə nəzarət etmək;
  • Anbardan mal götürülən zaman avtomaşına yüklənmiş malı qaimələrə əsasən sayıb təhvil alınması, maşının yüklənməsinə nəzarət edilməsi;
  • Rəhbərliyin tapşırıqlarını icra edilməsi:

Tələblər:

  • Sürücülük vəsiqəsi: BC
  • Təhsil: orta
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yaş həddi 25-45

Əlavə məlumat:

  • Əmək haqqı; 550 AZN +200 AZN bonus
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
  • Əlaqə nömrəsi:  (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 900 32 07

Maraqlanan namizədlərdən mövzu sətrində “Sürücü çatdırıcı” qeyd etməklə CV ni hr@iceland.az mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət haqqında

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.

Şirkətin aparıcı mütəxəssisləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş təcrübəli mütəxəssislər, istehsal sahəsində yeni avadanlıqların tətbiqi prosesinə böyük töhfə verirlər. İstehsal olunan dondurmalar içində adı və dadı dillər əzbəri olan “Bakılı Qız”, “Malik” , “SEVGİ” brendlərinin özünəməxsus yeri var.

“Buzlar diyarı” anlamını daşıyan “ICELAND” markasının hər bir məhsulunda bu ideya öz əksini tapıb. Bu gün “ICELAND” ticarət nişanı yerli bazarda ən nüfuzlu dondurma markasıdır.

  • Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 21D, döngə 9 “Camal” LTD şirkəti
  • Vebsayt: iceland.az

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Sürücü

ABC Pharm Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...

ABC-Pharm

17.02.2025 - Bakı

500₼
Ekspeditor

AZDIZAYN GROUP Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

03.02.2025 - Bakı