Qısa məzmun
Ə/h 500 AZN. Ceylan MMC Sürücü vəzifəsi üzrə vakansiya elan edir. BC kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
İş barədə məlumat:
- Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
- Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
- Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
- Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq
- Şöbənin təqdim etdiyi sifarişə əsasən, məhsulun anbardan idarə etdiyi avtonəqliyyat vasitəsinə yığılmasına nəzarət etmək (Qaimələrə əsasən malın yoxlanılması)
- Daha sonra sifarişləri ona ayrılmış zona üzrə satış nöqtələrinə çatdırılması
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək
- iş saatı: 09:00-dan 18:00-dək
- 1-5 günlər iş, şənbə və bazar istirahətdir
Namizədə tələblər:
- Ciddi
- Məsuliyyətli
- Etik davranış qaydalarına riayət edən
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@ceylan.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Sürücü” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Qeyd: İşə qəbul zamanı sənəd olaraq xüsusi sürücülər üçün verilən 83 nömrəli Sağlamlıq haqqda arayış mütləqdir
Oxşar vakansiya siyahısı:
800 — 1200 ₼
GPS üzrə mütəxəssisİceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...