Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC Sürücü-ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətə məxsus mal və materialların Bakıda yerləşən anbarlardan təhvil alınıb rayonlarda yerləşən təsərrüfat sahələrinə daşınmasını və təhvil verilməsini təmin etmək;
- Məhsulların təhvil təslimi zamanı müvafiq sənədlərə əsasən nəzarət və yoxlamaq;
- Məhsulların təhlükəsiz və səliqəli çatdırılması;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
- Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
- Xəttə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətini yoxlayır və onu qəbul edir, qayıtdıqdan sonra təhvil verir və ayrılmış yerdə saxlayır;
Tələblər:
- Sürücülük təcrübəsi- minimum 3 il;
- Yaş həddi 25-40;
- BC kateqoriyalı sürücülük vəsiqəsi və yük avtomobili idarə etmə təcrübəsi;
- Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə;
Şəxsi keyfiyyətlər:
- Düzgün danışıq qabiliyyəti və səliqəli olmalı;
- Stressə davamlılıq, intizamlılıq, məsuliyyətli, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır;
İş şəraiti:- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş qrafiki: I-VI günlər, 09:00-17:00, şənbə günləri saat 09:00-12:00;
Həftədə 3-4 gün ezamiyyət, rayonlarda yerləşən təsərrüfat sahələrində ki, sifarişlərdən asılı olaraq;
Əmək haqqı: razılaşma yolu ilə.
Maraqlanan şəxslər öz CV formalarını “Sürücü ekspeditor” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az