Sürücü- ekspeditor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Sürücü- ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün link qeyd olunub: https://qlor.me/l0tmonyf

Təsvir

  • Cihazların (Notebook,Printer,Telefon) müvafiq rəsmi servislərə tam, zədəsiz çatdırılması və təhvil təslim prosesində iştirak edilməsi;
  • Hazır cihazların (Notebook,Printer,Telefon) müvafiq rəsmi servislərdən təhvil alınmasının təmin edilməsi;
  • Anbar tərəfindən istənilən donorların mağazadan, servisdən təhvil alınmasının təmin edilməsi;
  • Təchizatçılara cihazların tam, zədəsiz təqdim edilməsinin və təhvilinin təmin edilməsi;
  • Hazır təmirli cihazların tam və zədəsiz rəqəmsal anbara çatdırılmasının təmin edilməsi;
  • Rəqəmsal anbardan təmirə göndərilən cihazların təhvil verilməsi;
  • Lazımi sənədlərin bildirilən ünvanlara çatdırılmasının təmin edilməsi;
  • Şirkət tərəfindən təqdim olunmuş avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışının həyata keçirilməsi;
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsinin təmin edilməsi;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak edilməsi;
  • Rəhbər şəxslərin göstəriş və tapşırıqlarını tam vaxtında icra edilməsi;

Tələblər

  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlara, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Sürücülük vəzifəsi üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • B kateqoriya üzrə sürücülük vəsiqəsi;
  • Bakı şəhərində nəqliyyatın hərəkət istiqamətlərinə tam hakim olmaq;
  • Azərbaycan dili əla, Rus dili arzuolunandır.

İş grafiki: I-VI günlər 9:00- dan 18:00- dək

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Sürücü-dezinfektor

Deziline MMC  sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

18.09.2024 - Bakı