Qısa məzmun
İnci Sürücü-ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. B kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Ford Tranzit avtomobili ilə təmin edilir.
Zəhmət olmasa İnci Group of Companies-də aktiv olan Sürücü-ekspeditor vakansiyasını saytınızda yerləşdirməkdə köməklik göstərəsiniz.
Namizədə dair tələblər:
- Ali və Orta təhsil;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Komandada işləmə bacarığı;
- Satış sahəsində minimum 3 illik təcrübə;
- B,C kateqoriyalı sürücülük vəsiqəsi;
- Müştərini qazanmaq qabiliyyəti
- Ünsiyyətcillik;
- Dəqiqlik və məsuliyyət;
- Problemləri həll etmə bacarığı;
- Komanda şəklində işləmək qabiliyyəti;
İş barədə məlumat:
- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
- İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi;
- Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi;
- Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi;
- Müştəri borc limitlərinin nəzarətdə saxlanılması;
- Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi;
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;
- Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi;
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması;
- Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi;
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
- Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;
- Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
- Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – hr.inci@inci.az mail ünvanına göndərməyiniz və ya 077 441 55 44, 077 441 55 22 nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
AzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...