Qısa məzmun
Azimut LLC Sürücü-ekspeditor (şəxsi avtomobili ilə) vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Çap və ya istehsal olunmuş məhsulların mətbəədən təhvil alınması
- Hazır məhsulların müştərinin ünvanına çatdırılması və yerində təhvil verilməsi
- Qəbul və təhvil zamanı sənədləşmə qaydasının pozulmaması
- Müştəri tərəfindən göndəriləcək məhsulların ofisə və mətbəəyə gətirilməsi
- Çatdırılma tələb edən məhsullar kiçik və orta ölçülüdür (poliqrafiya və reklam məhsulları)
Tələblər:
- Namizədin öz avtomobili əsas şərtdir və üstünlük pickup (furqon) model avtomobillərinə verilir
- Yüksək səviyyədə punktuallıq
- Detallara perfeksionist yanaşma
- Səliqəli xidmət göstərmək
- Səliqəli xarici görkəm və nəqliyyat vasitəsinin təmiz/səliqəli olması
- Müştəri məmnuniyyətinin önəminin qəbul olunması
- Müştəri ilə təmkinli davranış qabiliyyəti
- Namizəd Bakı şəhərini tanımalıdır
İş şərtləri:
- Əmək haqqı başlanğıc net 550 AZN
- 2 ay sonra net 600 AZN
- 6 ay sonra net 650 AZN
- Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır
- Nahar və cərimələr şirkət tərəfindən qaşrılanmır
- İş yeri: Bakı ş. ərazisi
- İş vaxtı 9.00 – 18.00
İşə başlama tarixi və tələb olunan sənədlər paketi:
- İşə başlama tarixi – dəqiqləşdirilməlidir
- Şəxsiyyət vəsiqəsinin sürəti
- Tərcümeyi hal
- Foto şəkil – 1 ədəd
- Əmək kitabçası
- Sürücülük vəsiqəsi
- Nəqliyyat vasitəsinin texniki pasportu
- Etibarnamə (varsa)
- Tələb oluna bilən digər sənədlər siyahısı əlavə olaraq bildiriləcək (olduğu halda)
Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi)
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...