Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Sigorta System Administrator vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı və məsuliyyətlilik olmalıdır.
Vəzifə: System Administrator
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
İş yeri: Bakı
Namizədə dair tələblər:
- Ali texniki təhsil;
- Rus və ingilis dilini bilənə üstünlük veriləcək;
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
- Şəbəkə protokolları (TCP/IP, UDP, ICMP və s.)
- Windows Server (DC (GPO), DNS, DHCP, VPN, İİS kimi servislərin quraşdırılması və idarə olunması), SQL, 1C, Antivirus, Print, File, Application servers, Exchange, WSUS, Proxy Server and Windows 10 client;
- Komandada işləmək bacarığı və məsuliyyətlilik;
Vəzifə öhdəlikləri:
- IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
- Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
- Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
- Fayl serverin, verilənlər bazasının idarə olunması serverlərinin, update serverləinin, antivirus serverlərinin və onların proqram təminatının fasiləsiz işini təmin etmək;
- Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bğlı təkliflər hazırlamaq;
- Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
- Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
- Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
- Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
- İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
- Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
- Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
- Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
- Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
- İnfrasturkturda kənar şirkətlərin (ehtiyac olarsa) avadanlıq və proqram təminatnın quraşdırılmasında iştirak etmək və prosesə nəzarət etmək;
- Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
- Daimi şəkildə server və server avadanlıqlarının monitrinqini aparmaq, loqlama aparmaq;
- Məlumatların saxlanmasını və konfidensiallığını təmin etmək;
- İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (System Administrator) qeyd edərək, hr@xalqsigorta.az elektron ünvanına göndərilməsi xahiş olunur.