Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Melissa Group Sənədləşmə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yazılı və şifahi ünsiyyət bacarığı olmalıdır.
“Melissa Group” – yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya Sənədləşmə üzrə mütəxəssis vakansiyasıdır.
İş barədə məlumat:
- Tikintiyə dair müvafiq lisenziya, icazə və digər, eyni zamanda texniki sənədlərin hazırlanma, alınma prosesini təmin etmək və icra prosedurunda iştirak etmək.
- Sənədləşmə prosesində meydana çıxan problemlərinin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və bənzəri durumların kargüzarlıq hissəsinin hazırlanması, müvafiq qurumlardan lazımi sənədlərin təmin olunması.
- Tikintiyə dair dövlət qurumları ilə standart prosedur görüşlərinin həyata keçirilməsi, eləcə də qanunverilcilikdən irəli gələn digər məsələlərin həll edilməsi.
- Binaların istismara dair bütün prosedur sənədləşmələrinin hazırlanması.
- Sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
- Sənədlərin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək;
- Layihə prosedurlarına uyğun olaraq Sənədlərin idarə olunması sistemi üçün sistem administratoru kimi çıxış etmək.
- Layihələr çərçivəsində keçirilən toplantıların əlaqələndirilməsi, toplantı (iclas) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər brədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Tikinti prosesində bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
Namizədə tələblər:
- Ali (texniki arzuolunandır) təhsil və müvafiq sahədə iş təcrübəsi;
- Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook (AutoCad arzuolunandır));
- Azərbaycan dilində qabilliyyəti və ünsiyyət bacarığı; rus dili arzuolunandır.
- Təşkilati bacarıqlar;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək etik davranış qabiliyyəti;
- Səbrli və məsuliyyətli olmalı.
Əlavə məlumat:
- İş qrafiki: 6 günlük iş qrafikinə uyğun olaraq müəyyən edilir.
- Əmək haqqı: namizədin bilik və bacarıqları əsasında müəyyən olunur.
CV-lərinizi hr@melissagroup.az ünvanına “sənədləşmə üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...