Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yeni Qalaaltı Hotel Company Təchizat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Qalaaltı Otel & Spa Şabran şəhərində Təchizat komandasına qoşulmaq üçün analitik düşüncəyə malik və enerjili Təchizat üzrə baş mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil etmək;
- Qiymət Sorğusu/Tenderin keçirilməsi üzrə müvafiq qanunvericiliyin və PMD Hospitality-nin daxili qaydalarına uyğun olaraq məhsul və xidmətlərin satınalınması üzrə qiymət sorğusu/tenderlərin elan olunmasını, prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasının nəzarətdə saxlanılması
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədlər paketinin broker şirkətinə təqdim olunması);
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Təhsil/Təcrübə:
- Ali təhsil (İqtisadi təhsilə üstünlük verilir);
- Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilir);
- CİPS sertifikatı sahiblərinə üstünlük verilir
- Rus və İngilis dili biliyi arzu olunandır;
- MS Office, 1C 8.3 və ya alternativ uçot proqramlarından istifadə etmək bacarığı;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Əlavə məlumatlar:
- Şirkət tərəfindən gündəlik qidalanma, nəqliyyat və yaşayış yeri ilə təmin edilmə;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Şabrah şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi galaalti.recruitment@pmdhospitality.az elektron ünvanına göndərə bilərsiniz.
“Qalaalti Hotel & Spa” şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...