Qısa məzmun
Müasir tipli Peşə Təhsili Mərkəzi Təlim – Tədris şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tələbələrin tədris planına uyğun dərslərinin keçirilməsini təşkil edir;
- Tədrisin tam tsikl üzrə təşkilini təmin edir (planlama, tədrisin təşkili, inzibati hazırlığı, tədrisin keyfiyyətinin qiymətləndirilməsi, müdavimlərin performanslarının dyərləndirilməsi və sertifikasiya);
- İmtahan prosesinin dünya standartlarına uyğun şəkildə təşkil edilməsi işini təşkil edir;
- Mərkəzdə tədris olunan fəaliyyət sahələrinin nəzərdə tutulmuş təlim proqramlarına əsasən təşkil olunmasına nəzarət edir;
- Dünya təcrübəsində tədris proqramlarının standartları üzrə baş verən dəyişiklikləri izləyir və mpvcud kurrikulumlara tətbiqinə nail olur;
- Tədris cədvəllərinin təşkilini kordinasiya edir;
- Kənar təlimçilərin fəaliyyətini kordinasiya edir;
- Əmək bazarının araşdırır və ehtiyac duyulan fəaliyyət sahələri üzrə təlim proqramlarının hazırlanmasına dair təkliflər verir;
- Mərkəzin kitabxana sisteminin qurulmasında biləvasitə iştirak edir;
- Şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Mərkəzin rəhbərliyinə təqdimat verir;
- Müvafiq olaraq şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
- Şöbəni təmsil edir;
Bilməlidir:
- “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
- Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
- Tədrisin təşkili ilə bağlı Nazirlər Kabineti və Mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərarları və qaydalarını;
- İdarəetmənin təşkilini;
- Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
- Əmək qanunvericiliyini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi olan
- Microsoft Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 600 (Bir min altı yüz) manat
Maraqlı olanlar CV-ni “Təlim – tədris şöbəsinin müdiri” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...