Təlim və metodologiya şöbəsinin böyük məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Təlim və metodologiya şöbəsinin böyük məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi:

  • Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə aid olan məsələlər və keyfiyyət təminatı mövzusunda fərdlərin səriştələrinin artırılması üzrə xarici ölkələrdən mütəxəssislər də cəlb etməklə konfranslar, müşavirələr, seminarlar, təlimlər keçirmək və digər tədbirlər təşkil etmək nəzərdə tutulmuşdur. Təlim ehtiyacları əsasında beynəlxalq təcrübəyə malik təlimçilər dəvət edilməklə təlimlər və seminarlar təşkil edilməsi yüksəknüfuzlu təhsilverənin formalaşdırılmasında mühüm rol oynayacaqdır.

Vəzifə:

  • Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölmənin əsasnaməsinə uyğun olaraq müəyyən olunmuş ehtiyaclar əsasında seminar, layihə və təlimlərin həyata keçirilməsi prosesində iştirak olacaqdır.

Məsuliyyət:

  • Ekspert bankına ekspertlərin cəlb olunması üçün müvafiq elanların hazırlanmasında və ekspertlərin seçilməsində iştirak etmək;
  • Ekspertlərə təlimlərin keçirilməsi üçün təlim və inkişaf planı hazırlamaq;
  • Akkreditasiya zamanı təhsil müəssisələrinə müvafiq təlimlərin keçirilməsini təşkil etmək;
  • Təlim materiallarının hazırlanmasında iştirak etmək;
  • Keçirilmiş təlimlər və digər maariflərindirici tədbirlər ilə bağlı hesabatlar hazırlamaq;
  • Təhsil müəssisələrinin fəaliyyəti barədə hazırlanmış hesabat və tövsiyələr ilə tanış olmaq və təkmilləşdirmə imkanları ilə bağlı müvafiq təkliflər və inkişaf planları hazırlamaq;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

Tələblər:

  • Ali təhsil;
  • Keyfiyyət təminatı, təhsilin idarəedilməsi, insan resurslarının idarəedilməsi sahələri üzrə və ya təlimçi olaraq ən azı 3 illik iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi (rus dili arzuolunandır);
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Beynəlxalq təcrübənin öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;

Üstünlüklər:

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
  • Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 15.01.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “TMŞ böyük məsləhətçi” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

History teacher

Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...

Landau School

07.11.2024 - Bakı