Qısa məzmun
Qartal Tikinti Firması Tərcüməçi-Layihə koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Tərcüməçilik sahəsində ali təhsil;
- İngilis-azərbaycan və əksinə yazılı və şifahi tərcümə sahəsində ən azı 3 il təcrübə;
- Layihələrin idarə olunması-koordinasiyası işləri üzrə iş təcrübəsinin olması;
- Kompüter biliyi mükəmməl olmalı, Word, Excel, Outlookda sərbəst işləmək bacarığı olmalıdır;
- Excel proqramında formulaların qurulması, cədvəllərin tərtib olunması, qiymət təkliflərinin yığılması kimi funksiyaları bilməlidir;
- Rus dilini bilməsi arzuolunandır;
- İşində dəqiq və məsuliyyətli olmalı;
- Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcəkdir;
- Yalnız xanım namizədlərin müraciətləri nəzərə alınacaq.
İş haqqında məlumat:
- İngilis-azərbaycan və əksinə yazılı və şifahi tərcümələrin edilməsi;
- Xarici şirkətlərlə yazışmaların və danışıqların aparılması;
- Xarici bazardan satın alınacaq materialların araşdırılması;
- Tender paketi sənədlərinin, qiymətləndirmələrin ingilis və azərbaycan dillərində Excel formatında hazırlanması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icra edilməsi.
İş şəraiti:
- İş saatı 09:00-18:00;
- İstirahət günü – Şənbə və Bazar günləri;
- Nahar firma tərəfindən təmin edilir;
- İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir.
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini e-mail adresinə, mövzu hissəsində “Tərcüməçi-Layihə koordinatoru” yazmaqla göndərmələri xahiş olunur.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Fidan Aşumova, +994 50 283 00 69
Oxşar vakansiya siyahısı:
İngilis dili müəllimi
Flag Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir ...