Tech Lead
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Tech Lead vəzifəsi üzrə vakansiya elan edir. Bank sektorunda təcrübə arzuolunandır.

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinə Tech Lead vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Rəqəmsal məhsulların dizayn olunması və məhsulun hazırlanmasına nəzarət;
  • Texnologiyanın seçimi və tətbiqi ilə əlaqədar framework və ən yaxşı təcrübələrin istifadəsi;
  • Rəqəmsallaşdırma komandansının daxili və xaricində olan digər heyətlərlə əlaqənin qurulması, vaxtın, tədarükün və asılılıqlarının müzakirəsi;
  • Agile heyətə rəhbərliyin edilməsi;
  • Aydın istifadəçi hekayələri, məhsullar üçün prototiplər və dizayn testlərinin hazırlanması və məhsulun inkişaf etdirilməsini davamlı olaraq çatdırmaq üçün heyət üzvlərinin yönləndirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Java Spring Boot, C, C ++, Python və ya digər proqramlaşdırma dillərində / framework-lərdə 4-5 illik iş təcrübəsi ;
  • Bank sektorunda təcrübə arzuolunandır;
  • İnkişafa/proqramlaşdırmaya böyük marağı və davamlı öyrənmək üçün potensial və istəyin olması;
  • Konstruktiv ünsiyyət və problemləri həll etmə bacarıqları olan bir şəxsdir.

Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tech lead” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Senior Information Security Specialist

https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...

Access Bank

20.02.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

20.02.2025 - Bakı

Proqram təminatı üzrə kiçik mühəndis

Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

12.02.2025 - Bakı

Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis

Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Yelo Bank

10.02.2025 - Bakı

QA Manager

Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelekom MMC

10.02.2025 - Bakı

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

10.02.2025 - Bakı

Aparıcı proqramçı (PL/SQL üzrə)

“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

06.02.2025 - Bakı

Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer)

Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

24.01.2025 - Bakı