Alqı Satqı – Təchizat üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Dalga Beach Aquapark Alqı Satqı – Təchizat üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərini bilməlidir.

İşə götürən: Dalga Beach Aquapark
İş yeri: Mərdəkan, Bakı
Tarix: 23 Yanvar 2020

Dalga Beach Aquapark Resort” Azərbaycanda və Qafqazda 7000 m² olan ən böyük Aqua Parkı hesab olunur və Bakı şəhər mərkəzindən cəmi 35 km məsafədə, Mərdəkan rayonunda gözəl Xəzər dənizinə yaxında yerləşir.

2015-ci ildə açılıb və 2016-cı ildən bəri “PMD Hospitality” Qrupunun yüksək standartları altında fəaliyyət göstərir.

Namizədə tələblər:

  • Satınalmalar sahəsində ən azı 3-5 il rəhbərlik və ümumi 5ildən çox
  • Satınalma, tədarükçülərin araşdırılması eyni zamanda təchizatçı proqramının qurulması sahəsində təcrübə
  • Nəticələrə və ölçülərə yönümlü olmalı
  • Güclü analitik və təşkilatçılıq bacarıqları
  • Yaxşı liderlik bacarığı, maliyyənin əsasları üzrə bilik və strateji düşünmə qabiliyyəti
  • Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq
  • Danışıqların aparılması v ünsiyyət qurma bacarığı
  • Azərbaycan, rus və ingilis dillərinin biliyi;
  • Microsoft Office proqramlarının (MS Excel və MS Power Point), Procurement ERP və Market, 1 C place proqramlarının yüksək bilik səviyyəsi
  • CIPS sertifikatının mövcudluğu üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi
  • Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
  • Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
  • Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
  • Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
  • Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
  • Şirkət üzrə satınalma prosesinin ən yaxşı təcrübəsini, təşəbbüslərini, sinerji və konsolidasiya imkanlarının koordinasiyası
  • Şirkət üzrə satınalma siyasətlərinin, prosedur və təlimatlarının hazırlanması, tətbiqi, yenilənməsi və bütün qrup daxilində uzlaşdırılması
  • Hazırki satınalma siyasətlərinin, prosedur və proqramlarının şirkətin dəyər və effektivliyinin artırılması baxımından idarə edilməsi
  • Təchizatçıların öncədən dəyərləndirilməsi prosedurlarının tətbiqi və mərkəzləşdirilmiş tədarükçü siyahısının yenilənməsi və idarə edilməsi
  • Şirkət üzrə satınalma tələbinin formalaşdırılması və toplanmasını asanlaşdırmaq, eyni zamanda ehtiyacların standartlaşdırılmasının təşəbbüsü
  • Şirkət üzrə satınalmalara davamlı olaraq nəzarət, təchizatçıların axtarış strategiyasının tətbiqi, satınalma tərəfdaşlığının təşəbbüsü və qiymət imkanlarının müəyyən edilməsi
  • Bazarın/təchizatçıların və mövcud mənbələrdən müxtəlif məlumatın mütəmadi şəkildə nəzərdən keçirilməsi, bazar şərtləri, qiymətlər və yeni təchizatçılar haqqında məlumat vermək
  • Güzəştli şərtləri təmin etmək məqsədilə danışıqların aparılması, sərfəli təchizat və optimal dəyəri qorumaq, ümumi satınalma xərclərini qiymətləndirmək eyni zamanda digər satıcılar, təchizatçılar, podratçılar, digər şirkətlər və s. ilə əlaqələri genişləndirmək

İş qrafiki: 5 günlük, saat 9:00-dan 18:00-dək (Aprel- Sentyabr aylarında 6 günlük- Həftə içi 09:00- 17:00 və Şənbə günü 09:00- 16:00)

Uyğun namizədlər CV-ni, vəzifənin adı mütləq qeyd olunmaqla 15.02.2020-ci il tarixinə dək dbm.hr@pmdhospitality.az

Oxşar vakansiya siyahısı:

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

19.11.2024 - Bakı

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

14.11.2024 - Bakı

700 — 800 ₼
Anbardar-1C operator

PRO CON İZO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

01.11.2024 - Bakı

500₼
Anbarda toplayıcı

Logist LLC Anbarda toplayıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

01.11.2024 - Bakı

1500 — 2000 ₼
Logistika üzrə koordinator

ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

30.10.2024 - Bakı

Logistics Internship

Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...

International Logistics Company

21.10.2024 - Bakı