Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Superfon Təchizat rəhbəri (Gəncə) vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Gəncə şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2-3 il
Təhsil: Ali
Vəzifə öhdəlikləri:
- Satınalma ilə bağlı fəaliyyətin planlaşdırılması, istiqamətləndirilməsi və nəzarət edilməsi;
- Yerli və xarici təchizatçılar/subpodratçılar ilə əlaqələrin qurulması və danışıqların aparılması;
- Təchizatçı siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsi;
- Satınalınmış malların çatdırılmasının və xidmət icrasının izlənməsi;
- Bazar araşdırması edərək yeni potensial Təchizatçıların tapılması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
- Əməliyyat xərclərinə qənaət etmək üçün ən yaxşı təchizat strategiyalarını planlaşdırılması və rəhbərliyə təqdim edilməsi;
- Anbar fəaliyyətinin təşkil edilməsi və prosseslərin izlənilməsi
- Mütəmadi olaraq rəhbərlik tərəfindən tələb edilən hesabatların hazırlanması;
- Ona həvalə olunmuş işlərin şəffaf, düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsi;
Tələblər:
- Qərarları qəbul etmə bacarığı;
- İrihəcmli informasiyalarla işləmək qabiliyyəti;
- İşgüzar ünsiyyət etikası;
- Hesabatların tərtib edilməsi bilikləri
- ERP sistemdə və ofis proqramlarında işləmə bacarığı
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təchizat rəhbəri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 20.01.2022
Mənbə: jobsearch.az