Qısa məzmun
GESCO ASC Təchizat şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Satınalma və Logistika işinin təşkil edilməsi;
- Satınalma ilə bağlı fəaliyyətin planlaşdırılması, istiqamətləndirilməsi və nəzarət edilməsi;
- Təchizatçılar/Subpodratçılar ilə əlaqələrin qurulması və danışıqların aparılması;
- Satınalınmış malların çatdırılmasının və xidmət icrasının izlənməsi;
- Bazar araşdırması edərək yeni potensial Təchizatçıların tapılması;
- Təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Əməliyyat xərclərinə qənaət etmək üçün ən yaxşı təchizat strategiyalarını planlaşdırılması və rəhbərliyə təqdim edilməsi;
- Təchizatçı siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsi;
- Anbar fəaliyyətinin və prosseslərinin izlənilməsi;
- Mütəmadi olaraq rəhbərlik tərəfindən tələb edilən hesabatların hazırlanması;
- Ona həvalə olunmuş işlərin şəffaf, düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Beynəlxalq və ya yerli şirkətlərdə ən azı 3 illlik müvafiq iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində səlis bilik (ingilis dili biliyi arzuolunan);
- Daxili və xarici səfərlərə getmək imkanı;
- Qərarların qəbul etmə bacarığı;
- Daxili və xarici bazarı yaxşı tanımalı;
- İrihəcmli informasiyalarla işləmək qabiliyyəti;
- İşgüzar ünsiyyət etikası;
- Logistika və anbarların təşkili prinsipləri;
- Hesabatların tərtib edilməsi bilikləri.
- ERP sistemdə və ofis proqramlarında işləmə bacarığı
İş barədə məlumat:
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
- İş rejimi – 6 günlük (altıncı gün – qısa iş rejimi);
- İstirahət vaxtı – bazar günü;
- Əmək haqqı: 2000-2500 AZN (təcrübədən asılı olaraq)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Təchizat şöbəsinin müdiri” qeyd etməklə göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...