Qısa məzmun
UNICO Təchizat üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Şirkət hesabına nahar verilir.
Funksiya : Təchizat
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Təchizat üzrə Aparıcı Mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:
- Proseduralara uyğun vəzifə öhdəlilərini vaxtında və keyfiyyətli yerinə yetirmək
- Yuxarı vəzifəli şəxdlərin tapşırıqlarını yerinə yetirmək.
- Sifarişlər əsasında düzgün bazar araşdırması etmək.
- Ehtiyatların miqdarına nəzarət etmək
- Analiz edib düzgün satıcını seçmək
- Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək
- Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək.
- Sifarişlərin statusunu izləmək
- Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq.
- Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək.
- Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək
- Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək
- Görülən işin hesabatını təqdim etmək
- İş vaxtını səmərəli istifadə etmək
- Kollektiv arasında nizam intizam və etik qaydalara riayyət etək
- Yeni biliklər əldə etmək məqsədi ilə öz üzərində işləmək.
- Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq.
- Hesabatı tabe olduğu şəxsə təqdim etməlidir.
Vəzifənin tələbləri:
- Ali təhsil (hüquq, biznesin idarə edilməsi, mühəndislik, logistika sahəsi üzrə ali təhsil);
- Təchizat, müqavilələr, hüquq, kommersiya, maliyyə və əlaqəli sahələrdə 5 il iş təcrübəsi;
- Son istifadəçiyə qədər olan təchizat prossesini yaxşı bilmək;
- Azərbaycan və ingilis dillərini səlis bilmək. (Rus dili biliyi üstünlükdür);
- MS Ofis proqramlarını yaxşı bilmək. Excel və Power Point mütləqdir;
- 1C Proqrammını bilmək;
- Güclü ünsiyyət bacarıqları;
- Danışıqlar apara bilmək;
- 3cü tərəflərlə effektiv olaraq əlaqələr qura bilmək və mövcud əlaqələri idarə edə bilmək;
- Problemləri həll edə bilmə bacarığı və prossesləri davamlı olaraq təkmilləşdirməyə yönümlü olmaq;
- Təcili məqamlarda reaksiya verə bilmək bacarığı;
- Komandada işləmə bacarığı;
- Detallara diqqət yetirmək;
- Yüksək intizama malik olmaq;
Əlavə məlumat:
- İş yeri – Amay T/M yanı
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir,
- Əmək haqqı yüksək, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Müraciət etmək üçün
Müraciət etmək üçün Zenfira.Bagirova@unico.az mail ünvanımıza CV-ləri göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...