Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Dalga Beach Aquapark Təchizat üzrə böyük mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Təchizat üzrə böyük mütəxəssis
Şöbə: Təchizat
Şirkət: Dalga Beach Aquapark
Ünvan: Azərbaycan, Bakı ş, Sahil küç 55 C
Namizədə olan tələblər
- Ali təhsil;( İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə)
- Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi; (“HORECA” təcrübəsi üstünlükdür)
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
- MS Office (Word, Excel, Power point), 1C Enterprise
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
- Danışıqların aparılması bacarığı
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
- İşgüzar və məsuliyyətli
İşin təsviri
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, istirahət mərkəzinin xərclərinin minimuma endirilməsini təmin etmək.
- Təchizat üzrə menecerin və menecer assistenti və ya tələb olunarsa Direktorun verdiyi təlimatlara uyğun iş icra etmək
- Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə birbaşa əməkdaşlıq etmək.
- Maddi qənaət əldə etmək üçün müqavilə, kəmiyyət endirimi və qiymət öncəsi satınalma artımı vasitəsilə satınalma konsepsiyaları təklif etmək və həyata keçirmək.
- Qeyri-ərzaq mallarının alınmasına rəqabətli sifarişlər də daxil olmaqla effektiv sifariş sistmei vasitəsilə nəzarət etmək.
- Fəaliyyət avadanlıqların və təchizat üzrə illik tələblərin koordinasiyası
- Tələb olunan hər hansı layihələrlə bağlı satınalmaları koordinasiya etmək.
- Fəaliyyət avadanlıqları və təchizat ilə əlaqəli bütün aylıq və rüblük inventarizasiyalarda iştirak etmək.
- İstirahət mərkəzində baş verən və ya verə biləcək hər hansı təcili və ya təhlükəsiz vəziyyətə düzgün reaksiya vermək.
- Məhsulun qiymətləndirilməsi, rotasiyası, inventarizasiya səviyyələri, həmçinin, anbar sahəsinin sanitariyasını təmin etməklə prosedur təlimatlarında göstərilənlərə uyğun olaraq qəbul, sənədləşdirmə, saxlama və paylama proseslərinə nəzarət etmək.
- Bütün anbar sahələrinin təhlükəsiz, təmiz və müvafiq şəkildə saxlanılmasını təmin etmək
- Əməkdaşların iş cədvəlini hazırlamaq və həyata keçirmək.
İş şərtləri
- iş rejimi – həftədə 6 günlükdür
- iş saatları – 09.00-17.00 (Şənbə qısa iş günü )
- 1 saatlıq nahar fasiləsi
Tələblərə uyğun namizədlərdən mövzu yerində “Təchizat üzrə böyük mütəxəssis” qeyd edərək CVlərini dbm.hr@pmdhospitality.az elektron ünvanına 10 May 2020-ci il tarixinədək göndərmələri xahiş olunur.
Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...