Qısa məzmun
Azertexnolayn Təchizat üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Sumqayıt şəhəri
Namizəd üzrə tələblər:
- Ali Təhsil,
- Uyğun vakansiya üzrə 1 il iş təcrübəsi olması kifayətdir.
Vəzifə üzrə tələblər:
- Maddi-texniki təchizatın perspektiv və cari plan, balans layihələrinin hazırlanmasına, müəssisə və onun bölmələrinin təmir-istismar ehtiyaclarının, həmçinin maddi resurslara (xammal, materiallar, yarımfabrikatlar, avadanlıqlar, komplektləşdirici məmulatlar, yanacaq, enerji və s.) olan tələbatın müəyyənləşdirilməsi əsasında mütərəqqi xərc normalarından istifadə etməklə lazımi zəruri ehtiyatlarının qarşılanmasına rəhbərlik edir.
- Bu tələbatların daxili ehtiyatlar hesabına ödənilməsi mənbələri axtarır.
- Ehtiyac olan mallarla bağlı keyfiyyətinin maddi-texniki təchizatı üzrə müəssisə standartlarının hazırlanmasına rəhbərlik edir.
- Yerli və xarici bazarın monitorinqini aparır.
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərir.
- Cari işlərin təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımi işləri görür.
- Material resurslarının istifadəsinin səmərəliliyinin artırılması, resursların daşınması və saxlanması ilə əlaqədar xərclərin azaldılması, ikinci dərəcəli resursların və tullantılarının istifadəsi, onların xərclənməsinə, yerli resurslardan istifadə edilməsinə nəzarət sisteminin təkmilləşdirilməsi, artıq xammalın, materialların, avadanlıqların və digər növ material resurslarının aşkar edilməsi və reallaşması üzrə tədbirlər planlarının hazırlanması və tətbiqinə rəhbərlik edir.
- İstehsalçı fabriklər ilə müqavilələr bağlayır.
- Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil edir
- Müəssisənin maddi-texniki təchizatı planlarının yerinə yetirilməsi haqqında hesabatın tərtib edilməsini təmin edir.
- Material ehtiyatlarının və komplektləşdirici dəstlərin vəziyyətinin, müəssisədə istehsal ehtiyatlarının operativ tənzimlənməsinin, material resurslarının buraxılması limitinə nəzarətin və onların müəssisə bölmələrində təyinatı üzrə xərclənməsinin yoxlanılmasını təmin edir.
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırır, problemlərin səbəblərini araşdırır və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici fəaliyyət həyata keçirir.
Uyğun namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Logistics Internship
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...