Təchizat üzrə  mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avant Group Təchizat üzrə  mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • Şirkətin satınalma/təchizat zənciri ehtiyaclarının qarşılanması;
  • Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə alışının təmin edilməsini həyata keçirmək;
  • Gündəlik satınalma fəaliyyəti ilə əlaqədar olaraq işlərin idarə edilməsi, istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədilə müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmələrin həyata keçirilməsi;
  • Tədarükçülərin axtarışı;
  • Xammal və avadanlıqların alışını həyata keçirmək;
  • Alınmış malların 1C proqramında qeydiyyatının aparılması;
  • Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddət və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparmaq;
  • Tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək;
  • Qiymət araşdırılmasını həyata keçirmək;

Vəzifəyə olan tələblər: 

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili biliyi;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
  • MS Office (Word, Excel və 1C) yüksək səviyyədə bilmək;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə bacarığı

İş Şəraiti:

  • İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş yeri- Çıraq Plaza

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Təchizat üzrə mütəxəssis ” yazaraq vusala.racabova@avantgroup.az mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1000 — 1200 ₼
Anbardar

Turban Moda Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı