Qısa məzmun
Amal Group Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiyalar haqqında:
- İş yeri: Bakı/Azərbaycan
İş saatı : Həftədə 5 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
- Təchizat və Logistika Şöbəsinin prosedur və qaydalarına əsasən şöbənin işlərinin aparılmasına dəstək verir;
- Kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili, müqavilələrin bağlanması işlərində iştirak edir;
- Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində birbaşa rəhbərliyini məlumatlandırır;
- Alınacaq malların sifarişini hazırlayır və birbaşa rəhbərliyinə təqdim edir;
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb edir;
- Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasında iştirak edir;
- Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil edir;
- Ofisdən, Sahədən gələn sifarişləri 1 C proqramına proqramına daxil edir;
- Həftəlik olaraq mühasibatlığa təqdim etmək üçün hesabat hazırlayır:
- Kassa qalığının hesabatı
- Həftə ərzində malsatanlardan alınmış materialların hesabatı
- Firmalara ödənilməli vəsaitin hesabatı
- Yeni alınmış materialların müvafiq anbarlara təhvili prosesində aşkarlanmış zay məhsulun geri qaytarılmasını təmin edir;
- Etibarlı təchizatçıların siyahısını hazırlayır və daimi olaraq həmin siyahıya əlavə və dəşikliklərin edilməsini nəzarət altında saxlayır.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Təchizat zəncirinin idarəedilməsi üzrə sertifikat üstünlük hesab edilir;
- Minimum 2 il qeyd edilən sahə üzrə ümumi təcrübə.
Bacarıq və səriştələr:
- Tikinti sahələrində istifadə olunan avadanlıq və materialların texniki göstəriciləri haqqında məlumatlar
- Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət); -Digər dillər əlavə üstünlük hesab olunur;
- Micrfosoft Office programları, Excell əla səviyyədə, 1 C 8.3
- Ünsiyyət və təşkilati bacarıq;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Vəzifənin adını” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...