Qısa məzmun
Amal Group Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: MS Office proqramları (excel-əla səviyyədə), 1C, digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: 2 ildən az olmayaraq iş stajı; tikinti və mebel istehsalı sahələri üzrə satınalmada iş stajı əlavə üstünlük hesab olunur.
- Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı.
- Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş anbar qalığı və sifarişlər əsasında təchizatçı sifarişlərinin yerləşdirilməsi və təqibi
- Təyin olunmuş məhsullar üzrə təchizatçı bazasını genişləndirmək.
- Təchizatçı bazaları və onların qiymət cədvəllərini müntəzəm olaraq yeniləmək
- Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən və gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək və ya planlama aparmaq.
- Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması.
- Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması
- Verilən sifarişlər əsasında mal – materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
- Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
- Alınan mal – materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
- Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
- Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.
Bilik və bacarıqlar:
- Dövlət satınalma haqqında qanun və digər narmativ sənədlər.
- 1 C proqramından sərbəst istifadə etməsi.
- Anbar işinin qurulması prosesini bilməsi.
- Təchizatçılar tərəfindən göndərilən mal-materialların keyfiyyətini müəyyən etməyi bacarmalı.
- Mal-materialların adlarını və istifadəsinə dair texniki xüsusiyyətlərini bilməsi.
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
- Əmək haqqı: 800-1000 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “təchizat üzrə mütəxəssisi” adını qeyd edərək göndərmələri xahiş olunur.
- Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
- Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...