Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ATL Tech Təchizat üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarıqları olmalıdır.
İşin təsviri və öhdəliklər:
- Şirkətin satınalmalarının təşkili;
- Sənədlərin dövriyyəsi;
- Yerli və xarici bazarların araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Sifariş olunan materialların qısa müddətdə çatdırılmasına nəzarət;
- Bazarın qiymətlərin mütəmadı yoxlanılması;
- Topdan satış və ixtisaslaşmış satış məntəqələrlə əməkdaşlığın qurulması;
- Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması;
- Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi.
Tələb olunan bacarıqlar:
- Danışıqlar aparma bacarığı da daxil olmaqla, mükəmməl ünsiyyət bacarıqları
- Müvafiq sahə üzrə ali təhsil, xarici təhsil arzuolunandır;
- Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarıqları;
- Komanda ilə işləmə bacarıqları;
- Özünü inkişafa meyilli;
- İKT sahəsində satınalma və təchizat proseduru haqqında biliklər;
- Minimum 2 il iş təcrübəsi.
Təklif edirik:
- 3 aylıq sınaq müddətindən sonra könüllü tibi sığorta;
- Mehriban və ünsiyyətcil kollektiv;
- Daxili və xarici təlimlərdə iştirak haqqı qazanacaqsınız.
Maraqlanan namizədlərdən CV-lərini “Təchizat üzrə Mütəxəssis” başlığı ilə applicants@atltech.az elektron ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...