Qısa məzmun
Qaya Safety Solutions Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı 1300 AZN başlamaqla, maaş sınaq müddətindən sonra artandır.
İş barədə məlumat:
- Yerli və xarici bazar araşdırmalarını həyata keçirmək və yeni təchizatçıları müəyyən edib, cəlb etmək;
- Danışıqlar aparmaq və qənaətlər əldə etmək;
- Yerli və xarici təchizatçılardan təkliflər almaq, müqayisə cədvəllərini/təklifləri dəyərləndirmək və təsdiqə göndərmək;
- Alış müqavilələrini və sifariş tapşırıqlarını (Purchase Order) hazırlamaq və razılaşdırılmasını təşkil etmək;
- Daşıma və gömrük prosesini təşkil etmək;
- Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təşkil etmək;
- Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
- Hesab-fakturaları, qaimə-fakturaları və digər ödəniş sənədlərini qəbul etmək, yoxlamaq və maliyyə şöbəsinə təqdim etmək;
- Satınalma üzrə bütün məlumatları sistemli şəkildə arxivləşdirmək;
- Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesini şirkət prosedurlarına uyğun olaraq aparmaq;
- Struktur daxili müfaviq hesabatları hazırlamaq.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki 5 günlük;
- AR qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
- Təchizat sahəsi üzrə ali təhsil;
- Tələb olunan vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
- Satınalma müqavilələrinin tərtibatı üzrə ümumi anlayış;
- Araşdırma, analiz və təhlil bacarığı ;
- Kompüter bilikləri (MS Office, excell biliyi mütləqdir);
- ERP (1C, Loqo və s) təcrübəsi;
- İngilis dili və rus dili biliyi (B1;B2);
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, operativlik və məsuliyyətlilik təşkilatın missiyasına sadiqlik;
- Şirkət tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə ezamiyyətə getməyə hazırlıqlı olmalı.
Elektron poçtun “Mövzu” yerinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...