Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qala Group Təchizatçı vəzifəsi üzrə vakansiya elan edir. Bazarı təhlil etmək bacarığı olmalıdır.
Vəzifələr:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi;
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tələblər:
- Təchizat sahəsində ən az 5 il iş təcrübəsi
- 30-45 yaş
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
- Bazarı təhlil etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Dil bilikləri: Azərbaycan və Rus dilləri – mükəmməl səviyyədə, İngilis dili yaxşı səviyyədə
- MS Office proqramları
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
- Stressə davamlılıq
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Həftədə 6 iş günü.
Xahiş olunur ancaq vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət üçün şəkilli cv-lərini elan olunmuş vakansiya başlığı altında “hr@qalagroup.az” elektron ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...