Qısa məzmun
166 Yükdaşıma və Logistika Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Öhdəliklər:
- Şirkət daxili sifarişlərin yerinə yetirilməsi və icrasına nəzarət edilməsi;
- Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
- Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
- Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
- Stok ehtiyatlarının idarə olunması;
- Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
- Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- İntizamlılıq, komandada işləmə bacarığı;
- Təchizatçıların axtarışı və idarə edilməsi üsulları ilə tanışlıq;
- Güclü təşkilatçılıq bacarığı;
- Operativlik, çevik qərar vermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Danışıqların aparılması sahəsində bacarıqları.
İş şərtləri:
- İş qrafiki 5 günlük;
- Karyerada yüksəliş imkanı.
Müraciət:
Namizədlər mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd edərək cv@166.az elekton ünvanına CV formalarını göndərə və ya https://hr.166.az/ saytına daxil olaraq qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...