Qısa məzmun
Osmanbəyli Academy SMM üzrə təcrübəçi – Təcrübə proqramı elan edir.
Osmanbəyli Academy həvəsli, çalışqan, enerjili, daim öyrənməyə və öz üzərində işləməyə meyilli olan tələbələri sosial media marketinqi üzrə təcrübəçi vəzifəsinə dəvət edir. 2
aylıq təcrübə proqramında iştirak etməklə siz peşəkar bir komandada çalışmaq və təcrübə qazanmaq imkanından yararlanacaqsız. Sonda təcrübə proqramını uğurla bitirənlər sertifikat və xasiyyətnamə veriləcək.
Tələblər:
Sosial media alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvürün olması;
- Azərbaycan dilinin qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı;
- Əlavə dil bilikləri üstünlükdür;
- MS Office proqramları üzrə işləmək qabiliyyəti;
- Kommunikasiya bacarığı;
- Komandada işləmək bacarığı;
- Öyrənməyə həvəsli, məsuliyyətli, pozitiv olmaq.
Biz sizə nə vəd edirik?
- Onlayn və oflayn işləmək imkanı;
- Peşəkar komandanın bir üzvü olmaq;
- Karyera qrupuna əlavə olunmaq imkanı;
- Kurslarımızın xidmətlərindən güzəştli yararlanmaq imkanı.
- CV-lərinizi “SMM üzrə təcrübəçi” başlığı altında hr@osmanbeyliacademy.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. İstək məktubunun göndərilməsi tövsiyyə olunur.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...