Təcrübə Proqramı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“GL” ASC (Sizin Lombard) – Yevlax filialı üzrə Əmək Haqqı + Bonuslu Satış Məsləhətçisi vəzifsi üzrə vakansiya elan edir.

https://qlor.me/m74tymxwyv

Proqram haqqında:

  • Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub. İstisna olaraq, magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər.
  • Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər. Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.
  • İmtahan nəticələrinə əsasən:
    • Namizədlərə tam ştat və ya yarımştat Satış Məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.
    • Yarımştat Satış Məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.

Təkliflərimiz:

  • Tam ştat üçün: Başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.
  • Yarımştat üçün: Başlanğıc əmək haqqı: 200 AZN, əlavə olaraq 300 AZN-ə qədər bonus qazanmaq imkanı.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək.
  • Təlim zamanı öyrənilənləri mənimsəmək və tətbiq etmək.
  • Təlimçi və mentorla interaktiv işləmək.
  • Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək.

Tələblər:

  • Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir).
  • Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər.
  • Öyrənməyə açıq olmaq.
  • Hədəflərlə işləməyi bacarmaq.
  • Pozitiv ünsiyyət bacarığı.
  • Komandada işləməyə meyilli olmaq.

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı.
  • Təcrübəçilərə Yevlax filialında təcrübə proqramında iştirak etmək imkanı.
  • Maliyyə yönümlü ilkin biliklərin qazanılması.
  • Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi.
  • Əmək haqqı + bonus.

Müraciət Qaydası:

Maraqlanan şəxslər CV-lərini “Təcrübə Proqramı (Satış məsləhətçisi – Yevlax filialı)” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı