Qısa məzmun
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) Müştəri Əlaqələri Meneceri vəzifəsinə 3 aylıq ödənişli təcrübə proqramı elan edir.
Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) Müştəri Əlaqələri Meneceri vəzifəsinə 3 aylıq ödənişli təcrübə proqramı elan edir.
Vəzifə öhdəlikləri:
- Mərkəzin müştəri məlumat sistemini yaratmaq və onu daima təkmilləşdirmək;
- Mərkəzin mövcud müştəriləri ilə daima əlaqələr yaratmaq, onların yeni təlim və məsləhət xidmətlərinə olan ehtiyaclarını, istifadə etdikləri xidmətlərin keyfiyyətləri barədə rəylərini öyrənmək;
- Mərkəzə yeni müştərilər cəlb etmək;
- Mərkəzin yeni təlim və məsləhət xidmətləri barədə mövcud və potensial müştəriləri məlumatlandırmaq;
- Mərkəzin təlim və məsləhət xidmətlərinin təşviqini və satışını həyata keçirmək;
- Mərkəzin xidmətləri üçün müraciətlərin qeydiyyatını aparmaq;
- Mərkəzin təlim xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
- Mərkəzin təşviqat məhsullarını hazırlamaq;
- Ehtiyac olduqda təlim və digər tədbirlərin təşkilinə dəstək vermək;
- Mərkəzin Direktorunun satışla bağlı ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.
Vəzifəyə olan tələblər:
- Hər hansı ali təhsil;
- Müştərilərlə iş sahəsində ən azı bir il təcrübə;
- Azərbaycan, İngilis və Rus dillərini bilmək;
- İşə yaradıcı yanaşmaq, yeni idealara malik olmaq qabiliyyəti;
- ABTM-nin xidmətlərini təşviqetmək və satmaq bacarığı;
- Layihə idarə etmək bacarığı;
- Komandada işləyə bilmək qabiliyyəti;
- Qarşısına qoyduğu məqsədə çatmaq qabililiyyəti;
- İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
- MC ofis tipli proqramlardan yüksək peşəkarlıqla istifadə etmək qabiliyyəti.
Biz Sizə nə vəd edirik:
- Daimi öyrənmək və inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş
- Performansın dəyərləndirilməsi, gördüyü işlər haqqında daimi geri dönüş, təcrübə mübadiləsi
- Mərkəz hesabına nahar yeməyi;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
Qeyd: Təcrübə müddətini uğurlu şəkildə bitirmiş şəxlər gələcəkdə komandaya qoşulacaq və ya digər şirkətlərə müraciət üçün onlara tövsiyyə məktubu veriləcəkdir.
E-mail: office@abtc.az
Oxşar vakansiya siyahısı:
AccessBank Müştəri Xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (İsmayıllı filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Port Rivoli Baku Qeydiyyatçı (Receptionist) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Ofis işləri üzrə Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Arena Plaza Hotel & Apartments'ə Qeydiyyatçı axtarışındayıq. ...
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...