Qısa məzmun
Abşeron Logistika Mərkəzi Təcrübə Proqramı (ödənişli) üzrə vakansiya elan edir.
Sizə nə təklif edirik?
- Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
- Seçiminizə müvafiq olaraq aşağıdakı sahələrdən birində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək;
- Təcrübə proqramının əhatə etdiyi sahələr:
- Mühasibatlıq
- Məlumatlarla iş
- Maliyyə və təhlil
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
- Ali təhsil (Maliyyə,mühasibatlıq sahələrinə aidiyyəti üzrə təhsil);
- Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə izah etmək;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
- Görüş və təqdimatlarda iştirak;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
Mühasibatlıq üzrə:
- E-qaimələrin yazılması, müştərilələrlə üzləşmə aktların hazırlanmasında iştirak;
- İlkin uçot sənədlərinin toplanması, proqramda qeydiyyatı, saxlanılması prosesində iştirak;
- Ödənişlərin qəbulu və rəsmiləşdirilməsində iştirak;
- Kassa əməliyyatlarının aparılmasında iştirak;
- 1C proqramı ilə iş;
- Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması metodlarını öyrənmək;
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsində iştirak;
Məlumatlarla iş üzrə:
- Müştəri məlumatlarının toplanmasında, monitorinqində iştirak;
- Müştərilərlə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
- Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
- Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
Maliyyə və təhlil üzrə:
- Məlumat bazası ilə işləmək;
- Məlumatların təhlili və hesabatların hazırlanmasını öyrənmək;
- Şirkətin maliyyə hesabatlarının hazırlanmasında, təhlilində iştirak;
- 1C proqramı ilə iş – proqramı öyrənmək, məlumatların proqrama daxil edilməsi və təhlillərin aparılmasında iştirak;
Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 10 may 2022-ci il tarixinədək mövzu hissəsində seçdiyiniz istiqamət üzrə “Təcrübə proqramı – maliyyə”; “Təcrübə proqramı – mühasibatlıq”; “Təcrübə proqramı – sənədlərlə iş” yazmaqla göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir. ...
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...