Qısa məzmun
Alliance Hüquq Mərkəzi Təcrübəçi hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Alliance Hüquq Mərkəzi” Korporativ və Kommersiya hüququ sahəsində ixtisaslaşmaq arzusunda olan, praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Təcrübəçi-hüquqşünas” vakansiyasını elan edir.
İş barədə məlumat:
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək
- Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak
- Görüş və təqdimatların təşkili, iştirak
- Müştərilər ilə görüşlərdə iştirak
- Şirkətin fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi
- Peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit
Namizədə tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (təhsil müəssisələrini yeni bitirənlər üçün),
- Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalıdır,
- Rus və İngilis dilini yaxşı səviyyədə bilən namizədlərə üsrtülük verilir
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı,
- MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı,
- Namizədlər yeni bilik və bacarıqlar əldə etmək üçün daim çalışmalı və araşdırma aparmaq qabiliyyətinə malik olmalıdır.
- İkin əmək haqqı 250 AZN nəzərdə tutulur, işində fərqlənən namizədlərə yaxın gələcəkdə yüksək əmək haqqı vəd olunur.
- Maraqlanan namizədlərdən 10 yanvar 2022-ci il tarixinədək, mövzu hissəsində “Təcrübəçi-hüquqşünas” yazmaqla CV-lərini hr.specialist@alc.az göndərmələri xahiş olunur.