Qısa məzmun
Optimal Electronics LLC Təcrübəçi hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
“Optimal Elektronika” MMC praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləməyi bacaran gənclər üçün “Təcrübəçi-hüquqşünas” vakansiyasını açıq elan edir.
Tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (yalnız təhsil müəssisələrini bitirənlər üçün);
- Azərbaycan dilini mükəmməl bilməlli;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
- MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı;
- Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsi.
Təcrübə proqramı hansı fəaliyyətləri əhatə edəcək?
- Təcrübəsi olan hüquqşünasların yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək;
- Hüquqda zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək;
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması;
- Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər recruitment@optimal.az ünvanına CV ilə müraciət edə bilərlər.