Təcrübəçi Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Regency Consulting and Tax Solutions MMC təcrübəçi mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Regency Consulting and Tax Solutions MMC

Cəmiyyətimiz 2020-ci ildən öz fəaliyyətinə başlamışdır və 4 ildən artıqdır ki, yerli bazarda müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi, mühasibatlıq və kadr məsələləri üzrə xidmət göstəririk. Belə ki, mühasibatlıq sahəsində möhkəm bilik qazanmaq və inkişaf etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.

Şirkətimizdə işçilərin yaradıcılığı və ideaları rəhbərlik tərəfindən daim dəstəklənir. Bizimlə çalışaraq, rəhbərliklə açıq müzakirə və yaxın əməkdaşlıq imkanları, öz layihələrinizi, yenilikçi fikirlərinizi reallaşdırmaq üçün şirkətin davamlı dəstəyi, karyeranızda fərq yaratmaq imkanı  və motivasiyaedici iş mühiti əldə edəcəksiniz. Bizə qoşulun, idealarınızı dəstəkləyərək birgə böyüyək

İş barədə məlumat:

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək;
  • Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
  • Bank əməliyyatlarını həyata keçirmək;
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
  • İşgüzar yazışmaları aparmaq;
  • Əmək haqqı hesablanmasını və ödənişini həyata keçirmək.

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Əmək haqqı – danışıq əsasında müəyyən olunur;
  • Təcrübə proqramının müddəti 1 (bir) ay olmaqla ödənişsizdir. Təcrübə müddətini uğurla başa vuran namizədlə əmək müqaviləsi bağlanılır.

Namizəd üçün tələblər:

  • Ali və ya orta təhsil;
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı;
  • Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir. Rus dili biliyi üstünlükdür.

Namizədlərdən “cv”-lərini cv@rcts.az elektron poçt ünvanına mövzu yerində “Təcrübəçi mühasib”- “Vakansiyanın əldə olunduğu mənbənin adı” başlığı yazmaqla göndərmələri xahiş olunur.

 

 

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı