Tədbirlərin təşkili üzrə Layihə Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Prosper MMC ədbirlərin təşkili üzrə Layihə Meneceri vəzifəsi üzrə vakansiya elan edi

Tələblər:

  • Yaş: 25 – 35;
  • Təhsil: Biznesin idarə olunması, Layihələrin idarə olunması, İdarəçilik və digər;
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il professional təcrübə və minimum 5 tədbirin təşkilatçılığı üzrə təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır);
  • Əməkhaqqı: 1500-2500 AZN (vakantın təcrübəsinə əsasən)

sulliyyətlər:

  • Tələblərə, hədəf auditoriyaya və məqsədlərə uyğun olaraq tədbiri əvvəldən sona qədər planlaşdırılması və idarə olunması
  • Layihənin və tədbirlər kompleksinin uğurlu olması üçün lazımi meyarların və tələblərin təyin olunması, buna uyğun olaraq komandanın, vendorların, könüllülərin və layihədə iştirak edən digər tərəf (şəxslərin) idarə olunması
  • Layihənin icra planının və cədvəlinin hazırlanması, plana əsasən layihənin icrasının təmin olunması
  • Tədbirin əməliyyat planının hazırlanması, icrası və nəzarət olunması
  • Layihə rəhbəri ilə birgə tədbirin təşkilatı komandasının strukturunun formalaşdırılması və vəzifələrin müəyyən olunması
  • Tədbirin təşkilati komandasına rəhbərlik və nəzarət etmək
  • Tədbirin baş tutacağı məkanların (ərazilərin) layihənin, sifarişçinin və təşkilatı komandanın tələblərinə uyğun olaraq təyin olunması
  • Logistika, qonaqlama və qidalanma planının optimal şəkildə qurulması, müvafiq koordinatora ötürülməsi və işlərin aparılması
  • Vendorlarla əlaqələrin qurulması və işlərin aparılması
  • Kütlənin idarə olunması, təhlükəsizlik planının qurulması və icrası (crowd management)
  • Tədbirin ərazi planının qurulması, müvafiq koordinatora ötürülməsi və işin icrasına nəzarət olunması
  • Audio-vizual, texniki heyət, texniki vendorlarla işlərin qurulması, layihənin və təşkilatı komandanın tələblərinə uyğun olaraq işin icrası və nəzarət olunması
  • Könüllülərlə iş prosesinin qurulması, müvafiq koordinatora ötürülməsi və işin icrasına nəzarət olunması
  • Büdcənin idarə olunması. Mövcud büdcə və resurslara əsasən tədbirin icra və nəzarət olunması
  • İcra planına və layihənin tələblərinə əsasən tədbirlərin marketinq, promo və çap fəaliyyətlərinə nəzarət və rəhbərlik etmək
  • Baş verə biləcək problemlərin və risklərin öncədən planlaması və tədbirin tələblərə uyğun olaraq keçirilməsi üçün risklərin minimuma endirilməsi
  • Hər tədbirdən sonra iştirakçıların, sifarişçinin və təşkilatı komandanın rəylərinə əsasən hesabatların hazırlanması və rəylərə əsasən layihənin icra və əməliyyat planında müvafiq düzəlişlərin icra olunması
  • Layihənin gedişatına və tələblərinə əsasən layihə və tədbirlərin ilə bağlı əlavə lazımi işlərin görülməsi və ya icrasına nəzarət olunması mümkündür.
  • CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir.
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
  • Diqqət edin ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır.
  • CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir.
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
  • Diqqət edin ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır.
  • Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və imeylin mövzu hissəsində mütləq “Tədbirlərin təşkili üzrə Layihə Menecerinin” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Kontent Menecer

“Genc Media” şirkətinə "Kontent Menecer" tələb edilir. ...

Genc Media

06.07.2024 - Bakı

600₼
Marketinq üzrə kiçik mütəxəssis

Agrowest Marketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

28.06.2024 - Bakı