Qısa məzmun
Ə/h razılaşma yolu ilə. StudyLab Tədris şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizəddən mütləq tələblər:
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək).
- Təhsil idarəetməsi (Özəl kurs) sahəsində 1-3 il iş təcrübəli olmalı.
- İngilis dili biliyi (Intermediate) zəruridir.
- Excel proqramında sərbəst işləyə bilmək.
Qeyd olunan tələblərə uyğun olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.
Vəzifə öhdəlikləri:
- Mərkəzə daxil olan müraciətlərin cavanlandırılması.
- Yeni müraciətlərin qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi.
- Tələbələrin dərs cədvəllərinin tərtib olunması və müəllimlərlə koordinasiyası.
- Tələbə ödənişlərin vaxtında yığımını təmin etmək.
- Tələbələrin beynəlxalq imtahanlara (SAT, IELTS və s) qeydiyyatının aparılmasını həyata keçirmək.
- Fənn jurnallarında tələbə davamiyyətlərinin düzgün qeyd olunmasına nəzarət etmək.
- Tələbələrin təhsil məlumatlarının mütəmadi valideynlərə təqdim etmək.
- Mərkəzin məlumat sistemlərini gündəlik yeniləmək.
- Şöbə rəhbəri tərəfindən verilən inzibati tapşırıqları yüksək səviyyədə icra etmək.
İş haqda məlumat:
- Tam günü əhatə edən iş saatı (10:00-19:00), Şənbə günü (10:00-16:00)
- İş günü – 6 gün .
- Stabil əmək haqqı 500 azn.
- Rəsmi əmək müqaviləsi ilə işləmək imkanı.
Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada) elektron ünvanına “Tədris şöbəsinə mütəxəssis” başlığı ilə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...