Qısa məzmun
Ə/h razılaşma yolu ilə. HR Option Təftiş üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Dürüstlük, məsuliyyətlilik, çeviklik bacarıqları olmalıdır.
Şirkət haqqında:
HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.
Vəzifə öhdəlikləri:
- Şirkətin satış əməkdaşlarının iş fəaliyyətinə nəzarət və yoxlanılması
- Təftiş üzrə menecer öhdəliklərini icra etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qayda və prosedurların hazırlanması;
- Risklərin qiymətləndirilməsi əsasında planının hazırlanması;
- Risk qiymətləndirməsinin əsasında yoxlamaların icrası;
- Təftiş yoxlamaları zamanı əldə edilmiş faktların rəsmiləşdirilməsi və vaxtlı-vaxtında rəhbərliyin diqqətinə çatdırılması;
- Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların rəhbərlik ilə razılaşdırılması;
- Bütün yoxlama hesabatlarının düzgün və effektiv şəkildə hazırlanması;
- Rəhbərliyin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;
- Təsdiqlənmiş təftişlə bağlı prosedur qaydalara riayət edilməsinə nəzarət və tələb etmək
- Debitor borc qalıqlarının üzləşdirilməsi və hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
- Prosedur pozuntuları zamanı əməkdaşlardan izahatlardan alınması və pozuntuların araşdırılması
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması
- Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
- Şirkət tərəfindən işçilərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi
Kvalifikasiyalar:
- Ali təhsil (Hüquq və ya İqtisadi sahədə üstünlükdür)
- Təftiş, audit sahəsində ən azı 2 il iş təcrübəsi
Biliklər və bacarıqlar:
- Microsoft Office proqramları (xüsusilə Excel);
- AR qanunvericiliyi;
- Azərbaycan dili;
- Daxili audit prosesi üzrə bacarıqlar;
- Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Audit rəyləri hazırlama və yazma bacarığı;
- Dürüstlük, məsuliyyətlilik, çeviklik
Maraqlananlardan öz CV lərinizi cv@hroption.az email ünvanına göndərmələri xahiş olunur.
Göndərilən CV-lərdə mövzu adı yerində “ Təftiş üzrə menecer ” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...