Təftiş və Nəzarət üzrə Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Matanat A Təftiş və Nəzarət üzrə Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir

İşin təsviri:

  • İş mərhələsində iştirak edən əsas işçilərlə iş prosesləri və nəzarət kimi prosedurları yerinə yetirmək.
  • Şirkətin siyasətinə uyğun olaraq müvafiq iş sənədlərini və yoxlma qeydlərini aparmaq.
  • Təyin edilmiş və digər kritik sahələr üçün vaxtı idarə etmək.
  • Sahə işi üzrə iş hesabatı hazırlamaq.
  • İnformasiya toplamaqda və hesabat hazırlamaqda Təftiş və Nəzarət şöbəsinin rəhbər üzvlərinə dəstək olmaq.
  • Şirkətdaxili təhvil-təslim işlərində, xammal yataqlarında partlayış prosesində, araşdırmada, anbar inventarizasiya aparılmasında iştirak etmək və müştəri üzləşməsini etmək.
  • Nəzərdən keçirilən sahədə aşkar edilmiş bütün araşdırma məsələləri ilə bağlı Təftiş və Nəzarət şöbəsinin rəhbərinə hesabat vermək.
  • Nəticələrin bəyan edilmiş məqsəd və vəzifələrə cavab verməsini və planlaşdırıldığı kimi icra olunmasını təmin etmək üçün əməliyyatların və ya proqramların nəzərdən keçirilməsi (məsələn, şirkətin əsas layihə və proqramlarının plana uyğun icra edilib-edilməməsi və s.).
  • Təftiş fəaliyyəti ilə bağlı məsələlərdə şirkətin və qrup şirkətlərinin struktur bölmələri və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə qurmaq.
  • İşi vaxtında başa çatdırmaq və hesabatları birbaşa rəhbərinə təqdim etmək.
  • Araşdırma nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq.
  • İşgüzar səfərlər həyata keçirtmək.
  • Təftiş qarşısında qoyulmuş vəzifələrin həlli üçün zəruri olan digər funksiyalar.
  • Korporativ Audit və Uyğunluq Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • İqtisadi, inzibati və ya hüquq təhsili (digər sahələr üzrə təhsil olduqda müvafiq sahələrdə ən azı 3 il iş təcrübəsi).
  • Müvafiq iş təcrübəsi: 3 ildən artıq ümumi iş təcrübəsi, bunun 1 ildən çoxu təftişlə bağlı vəzifələrdə;
  • İstehsal sektorununda iş təcrübəsi üstünlükdür;

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.
  • Nahar şirkət tərəfindən verilir.
  • Korporativ nömrə verilir.

Tələb olunan bacarıqlar:

  • İstehsal sektorunu tənzimləyən normativ sənədləri bilməsi arzuolunandır;
  • Detallara yüksək diqqət və əla analitik bacarıqlar;
  • Ünsiyyət bacarıqları;
  • Müstəqil və ya komanda daxilində, az və ya heç bir nəzarət olmadan işləyə və ardıcıl müstəsna iş yarada bilən;
  • Audit standartları və prosedurları, qanunlar, qaydalar üzrə biliklər;
  • MS Office, mühasibat proqramları və verilənlər bazaları üzrə qabaqcıl kompüter bacarıqları;
  • İşgüzar Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;

Xüsusi tələblər:

  • Sürücülük vəsiqəsi – B” kateqoriyası olması mütləqdir;
  • Şəxsi avtomobilin olması mütləqdir.

Oxşar vakansiya siyahısı:

Videomonitorinq üzrə mütəxəssis

Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

30.10.2024 - Bakı

550₼
Mühafizə

AzəriMed QSC Mühafizə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

22.10.2024 - Bakı