Qısa məzmun
Ə/h razılaşma yolu ilə. BETTA MMC Təhlükəsizlik sistemləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.Rus və İngilis dilləri – yüksək səviyyədə
Vəzifə borcları:
- Obyektlərdə bütün kamera, oğurluğa qarşı sistemlər, giriş-çıxış və video sistem avadanlıqlarını və proqram təminatını quraşdırmalı
- Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması
- Kameraların işlək vəziyyətdə olmasını təmin etməli və periodik monitorinqini aparmalı
- Quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasını təmin etməli
- Tələb olunduqda yoxlama və daxili araşdırma zamanı rəhbərliyi video yazılışla təmin etməli
- Yeni obyektlərdə kompleks baxışların və Təhlükəsizlik sistemlərinin auditlərinin keçirilməsi, təkliflərin hazırlanması. İri layihələr üçün təhlükəsizlik sistemlərinin dizayn və konfiqurasiyasını və qrup şirkətlər üçün müvafiq tenderlər üçün spesifikasiyaların hazırlanması
- İstifadəsində olan proqram təminatlarının normal fəaliyyətini, lisenziya tələb edən proqram təminatlarının müddətinin vaxtı-vaxtında uzadılmasını təmin etməli
- Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə, problemi həll etməli, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməli və y servis xidmətinin nümayəndəsinin gəlməsini təmin etməli
Sərt Disklər Arxivinin təşkili - Şəbəkə tipli Server və Paylayıcılara nəzarət
- Təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumat toplamaq və təkliflər vermək
- Təhlükəsizlik avadanlıqlarının distribyutorluğunun Azərbaycanda təmin edilməsi, onların servis xidmətlərinin yaradılması.
Namizədə tələblər:
- Texniki ali təhsil
- Azərbaycan, Rus və İngilis dilləri – yüksək səviyyədə
- Təhlükəsizlik sistemləri üzrə sxemləri oxumaq və çəkmək bacarığı
- İT CCTV, Girişə və perimetr üzrə nəzarət, yanğına qarşı sistemlər üzrə inteqrator təcrübə
- İri sənaye və qeyri-sənaye obyektlərində iş təcrübəsi
- Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 5 il
- Diqqətli və dəqiq olmalı
- İşgüzar və məsuliyyətli olmalı
Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər CV-lərini və tövsiyyə məktublarını office@betta.az elektron ünvanına və ya baş ofisə (Bakı, Bəşir Səfəroğlu küç., 133) təqdim edə bilərlər.
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
Qeyd: Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etmələrini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...