Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Həyat Sığorta Şirkəti ASC Təkrarsığorta və anderraytinq şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
- Cari risklərin qiymətləndirilməsində, sorğunun aparılmasında, sığorta şərtlərinin və tarifin müəyyən edilməsində və təkliflərin hazırlanmasında iştirak;
- Sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorların aşkar edilməsi və bu iş üzrə müvafiq hesabatların və kommunikasiyanın aparılması;
- Anderraytinq və təkrarsığorta proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
- Təkrarsığortaya ehtiyac yarandıqda məlumatların və sənədlərin Təkrarsığorta və anderraytinq şöbəsinə təqdim edilməsi və nəticəyə əsasən birbaşa rəhbəri ilə razılaşdırılmış sığorta şərtlərinin və tariflərinin müəyyən edilməsi;
- Tibbi sənədlərin, həkim rəyinin təhlil edilməsi və tərcümə olunması;
- Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
- Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
- Anderraytinq və ya klinik təbabət sahəsində minimum 1 il iş təcrübəsi;
- Tibbi və ya iqtisadiyyat üzrə bakalavr təhsili (magistr təhsili arzuolunandır);
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
- Həkim kimi təcrübəsi (minimal 1 il) olanlara üstünlük verilir;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis” qeyd olunmayan “CV”-lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...