İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Aylıq satış və əməliyyatların planlaşdırılması prosesinə rəhbərlik etmək və idarə etmək
- 6 bölməli diaqramda strukturlaşdırılmış şəkildə Tələb proqnozunu təqdim etmək
- Şirkətin məqsədlərinə nail olmaq və həyata keçirmək üçün boşluqların aradan qaldırılması mədəniyyətini stimullaşdırmaq
- Marketinq, Kommersiya və təchizatın planlaşdırılması şöbələri ilə yaxından əməkdaşlıq etmək
- Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək
- ABC XYZ təhlillərinə əsasən məhsul ehtiyatı portfelini kateqoriyalara görə optimal şəkildə saxlamaq
- Prioritetləri müəyyənləşdirmək və proqnoz dəyərini artırmaq
- Etibarlı tələb proqnozu yaratma prosesini təmin etmək: uzun müddətli 18 ay, orta müddətli 4-6 ay və qısa müddətli 20 həftə
- Ssenarinin planlaşdırılmasına dəstək vermək
- Əldə olunan nəticələri yerli əlaqələndirici şəxslər ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan proqnoz tənzimləmələrini həyata keçirmək
- Yerli proseslərini, mədəniyyətini və tələblərini başa düşmək üçün təyin edilmiş bazarlarda əsas əlaqələndirici şəxslərlə ilə komandaya əsaslanan münasibətləri saxlamaq və təkmilləşdirmək.
- Əlavə dəyər yaradan marketinq məlumatları ilə statistik proqnozu davamlı şəkildə genişləndirmək üçün proaktiv məlumat axınına dəstək vermək
- Təyin edilmiş bazarlar ilə əlaqəli kommunikasiya, proseslər, nəticələr və işləmə üsullarının davamlı təkmilləşdirilməsinə səy göstərmək
- Tələbin planlaşdırılması imkanları barədə təlimlərin keçirilməsi və onların təkmilləşdirilməsini təmin etmək.
- Təchizat Zənciri və Tələbin planlaşdırılmasının rəqəmsallaşdırılması layihələrinə rəhbərlik etmək
Vəzifə tələbləri:
- Təchizat Zəncirinin idarə olunması ilə əlaqəli Biznes idarəçiliyi üzrə Universitet dərəcəsi və ya ticari təhsil üzrə dərəcə
- Müvafiq vəzifədə minimum 5 il təcrübə
- Güclü liderlik, analitik və problem həll etmə bacarıqları
- Çox yaxşı ünsiyyət bacarıqları və beynəlxalq, dinamik mühitdə müxtəlif iş yükünə çevik reaksiya vermək qabiliyyətinin olması
- Qabaqcıl planlaşdırma sistemindən istifadə sahəsində təcrübə üstünlükdür
- MS Office üzrə güclü biliklər, MS Excel üzrə geniş bacarıqlar(Pivot tables/Charts/Sum/Count/IF/Vlookup)
- Müsbət təfəkkür, yenilikçi düşüncə və qətiyyətlilik olması
- Çox məsuliyyətli müstəqil iş davranışı və davamlı inkişaf təfəkkürü
- Azərbaycan / ingilis / rus dillərində səlis danışıq qabiliyyəti
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama şöbə müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...