Qısa məzmun
Yelo Bank Telemarketing vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Qrup rəhbəri və departament direktoru tərəfindən verilən göstərişlərini icra etmək;
- Departamentin təyin etdiyi tarif və şərtlər çərçivəsində pərakəndə/mikro-biznes kredit məhsulları üzrə onlayn xidmətin təşkili və yönləndirilməsi;
- Bankın yeni və təkrar müştəri bazası üzrə telemarketinq məqsədi ilə zənglərin təşkil etmək;
- Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarını müştərilər arasında təbliğ etmək;
- Aylıq hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirmək;
- Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər etmək;
- Məsafədən satış zamanı müştəri məmnuniyyətinin qorunmasını təmin etmək.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili əla , Rus və İngilis dili biliyi arzuolunandır;
- Səlist ünsiyyətqurma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- İşlərini planlaşdırma bacarığı;
- Məsuliyyətlilik.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...