Qısa məzmun
Ferrum Capital Telemarketinq üzrə təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. Detallara qarşı diqqətlilik göstərməlidir.
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Telemarketinq üzrə təcrübə proqramı elan edir. Təcrübə proqramı 2 aylıq nəzərdə tutulub və ödənişlidir. Təcrübə müddətinin sonunda nəticəsi yüksək olan təcrübəçilər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.
Vəzifə öhdəlikləri:
- Müştərilərə şirkət məhsulları barədə məlumat verilməsi ilə bağlı zənglər etmək
- Şirkət məhsullarının zəng vasitəsilə satışını həyata keçirmək
- Müştərilər tərəfindən şirkət məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq və qeydiyyatını aparmaq
Namizəddə tələblər:
- 21 – 26 yaş
- Azərbaycan dilini əla səviyyədə bilmək
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Səlis və aydın nitq qabiliyyəti
- Microsoft Office proqramları bilikləri
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Telemarketinq üzrə təcrübəçi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...