Təlim – Tədris işləri üzrə direktor müavini
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

StudyLab şirkəti Təlim – tədris işləri üzrə direktor müavini vəzifəsi üzrə vakansiya elan edir.

Təklif olunan əmək haqqı 1200 – 1500 AZN təşkil edir.

Direktor müavini mərkəzdə təlim– tədris prosesinin düzgün təşkilinə, təlim proqramlarının həyata keçirilməsinə və tədris keyfiyyətinə görə məsuliyyət daşıyır, elmi – tədris işinin hazırlanmasına, şagirdlərin tərəqqisinə və davamiyyətinə nəzarəti həyata keçirir, məktəbdə metodiki işi təşkil edir, təlim cədvəlinin və elmi – tədris işinin vəziyyəti haqqında hesabat tərtib edir.

  • Təlim – tədris işləri üzrə direktor müavini ali pedaqoji təhsilli və 3 ildən çox pedaqoji stajı olan ən yaxşı müəllimlərdən təyin ediləcək.
  • Tədris, təlim – tərbiyə prosesinin düzgün təşkilinə rəhbərlik və nəzarət edir.
  • Zərurət olanda 1 – ci müavin kimi direktoru əvəz edə bilər.

Hüquq və Vəzi̇fələri̇:

  • Mərkəzin direktoru ilə birlikdə mərkəzin illik iş planını (Fəaliyyət Planı və Tədbirlər Planını) hazırlayır.
  • Müəllimlərin illik tematik planlarının tərtibinə rəhbərlik edir, tədris planına uyğunluğunu təsdiq edir. Dərs planlarının hazırlanmasına nəzarət edir və bu planların müəllim tərəfindən keyfiyyətli hazırlanmasını, onlara tədris prosesini planlaşdırmağı öyrədir.
  • Şagirdlər üçün dərslərin, dərnək və dərsdənkənar fəaliyyətlərin cədvəlini hazırlayıb, direktoruna təsdiq olunmaq üçün təqdim edir.
  • Təhsilin məzmununun tam həyata keçirilməsini təmin edir: tədris planı və proqramlarının düzgün yerinə yetirilməsinə nəzarət edir;
  • Vaxtaşırı olaraq müxtəlif fənlərdən tədris proqramları ilə müəllimlərin təqvim – mövzu planlarını və dərs jurnallarını tutuşdurur, proqramın icrasında kəsirlər olduqda onun aradan qaldırılması üçün tədbirlər görür;
  • Tədris planı əsasında dərs cədvəlini tərtib edib ona düzgün əməl edilməsinə nəzarəti həyata keçirir;
  • Dərslərin təşkilinə nəzarət edir: ayrı – ayrı fənlər üzrə dərslərin planlaşdırılması və planların həyata keçirilməsinə nəzarət edir;
  • Dərsləri müşahidə edib, onların səmərəli təşkili, pedaqoji tələblərə nə dərəcədə cavab verməsini yoxlayır;
  • Dərsdə yol verilən nöqsanları üzə çıxarıb müəllimlə birlikdə təhlil edir, müəllimə metodik tövsiyyələr verir;
  • Metodik işə rəhbərlik edir: fənlər üzrə metodbirləşmələrin yaradılması, onların işinin planlaşdırılması, metodbirləşmə iclaslarının təşkilinə rəhbərlik edir;
  • Dərslərdə yeni təlim metodları və texnologiyaların tətbiqi vəziyyətini öyrənib, pedaqoji şurada müzakirəsini təşkil edir;
  • Dərslərdə təlim üçün əyani vasitələrin istifadə olunmasını təşkil və nəzarət edir.
  • Açıq dərslərin təşkilinə rəhbərlik edir;
  • Müəllimlərin metodik hazırlığının yüksəldilməsi, ixtisasartırmanın təşkili, qabaqçıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması məsələlərinə rəhbərlik edir;
  • Bu və ya digər müəllimin iş sistemini, üslub və metodlarını, dərsdə təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yerinə yetirilməsini öyrənib müzakirə edilməsi və nəticələr çıxarılmasını təmin edir;
  • Şagirdlərin təlim naliyyətlərini arşdırmaq üçün sinif jurnallarına nəzarət edir, şagirdlərin təlim naliyyətlərinin inkişafına və davranışına nəzarəti həyata keçirir. Şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır;
  • Təlim naliyyətləri zəif olan və ya davranış normalarından kənar çıxan (risq qrupu) şagirdlərin üzərində şəxsi nəzarəti həyata keçirdir.
  • Müəllimlərin peşəkarlıqlarının inkişafı üçün təkliflər, layihələr hazırlayır, onların həyata keçirilməsinə nəzarəti həyata keçirir.

Təlim- Tədris işləri üzrə direktor müavini nəzarət edir:

  • Vaxtaşırı olaraq sinif jurnallarının,müəllimlərin tədris planları və proqramları ilə bağlı sənədlərinin düzgün yazılmasına;
  • Şagirdlərin tələb edilən sahələr üzrə texniki təhlükəsizik qaydaları ilə müəllimlər tərəfindən tanış edilməsinə;
  • Müəllimlərin pedaqoji fəaliyyətinə, etik – davranış qaydalarına əməl etməsinə;
  • Şagirdlərin məktəbdaxili intizam qaydalarına əməl etməsinə;
  • Dərs məşğələlərinə, dərnəklərə, fakültətiv və fərdi qrup məşğələlərinə, dərsdənkənar məşğələlərə, məktəbdə fəaliyyət göstərən digər tədris sahələrinə;

Təlim -Tədris işləri üzrə direktor müavininin hüquqları:

  • İstənilən dərs məşğələlərində, dərnək, fakültətiv və fərdi qrup məşğələlərində, dərsdənkənar məşğələdə iştirak etmək, dinləmək, müşahidə etmək;
  • Pedaqoji heyətə vəzifə səlahiyyətləri çərçivəsində tapşırıqlar vermək;
  • Pedaqoji şurada iştirak etmək, hesabatlar, təkliflərlə çıxış etmək;
  • Pedaqoji işçilərin, işini analiz etmək, qiymətləndirmək və nəzarət etmək;
  • Peşəkarlığı üzərində işləmək;

Nami̇zədə Dai̇r Tələblər:

  • Minimum bakalavr dərəcəsi tələb olunur. Biznes idarəetməsi, təhsil və ya siyasət üzrə magistr və ya doktorantura dərəcələrinin olması arzuolunandır.
  • Proqrama maraqlı tərəfdaşlarla əlaqələrin qurulması təcrübəsi
  • Komanda idarəetməsində minimum 3- 5 illik idarəetmə təcrübəsinə malik olması.
  • Büdcə və maliyyə ilə işləmə təcrübəsi.
  • Yüksək səviyyəli ingilis dili biliyinin olması. Rus dili bilməsi arzuolunandır.
  • Məktəblilərlə iş təcrübəsinin olması üstünlükdür.

Təlim- Tədris işləri üzrə Direktor Müavininin (DM) iş rejimi:

  • İş rejimi bağlanan əmək müqaviləsinə görə müəyyən edilir.
  • İş yeri : “StudyLab” Mərkəz Ofis – Cəlil Məmmədquluzadə 102A, City Point Baku.

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “TƏLİM – TƏDRİS İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ” yazıb CV göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

History teacher

Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...

Landau School

07.11.2024 - Bakı