Qısa məzmun
OBA marketlər şəbəkəsi Təlim üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Direktorluq: İnsan Resursları
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları üzrə)
- Kompüter bilikləri: MS Office (excel yaxşı səviyyədə)
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi
- İntizamlı, təşəbbüskar, kommunikasiya bacarığı, təşkilatçılıq bacarığı
Vəzifə öhdəlikləri:
- Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün gərəkli tövsiyələr vermək;
- Təlim və inkişaf nəticələri əsasında karyera yüksəlişinin həyata keçirilməsini təmin edən layihələri və prosesləri tətbiq etmək;
- Təlim və inkişaf proqramlarının dizayn olunmasına və həyata keçirilməsinə dəstək olmaq;
- İR üzrə beynəlxalq trendləri izləmək və il ərzində bir neçə dəfə İR komandalarına təqdimatların keçirilməsini təmin etmək;
- Təlimlərin İdarəedilməsi Sisteminin (LMS) tətbiq edilməsində dəstək olmaq;
- İşçi heyətindən gələn təlim və inkişaf tələblərinin qeydə alınması və analiz edilməsi təmin etmək;
- İşçilərin inkişaf planına uyğun olaraq təlim və inkişaf proqramlarını araşdırmaq və təmin etmək;
- İstedadların təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi üçün görüşlərin keçirilməsini və karyera inkişafı istiqamətində işlərin təşkil edilməsini təmin etmək;
- İstedadların performans göstəricilərini analiz etmək;
- Zərurət yarandıqda İR ilə bağlı müxtəlif mövzuları əhatə edən layihələrdə iştirak etmək;
- Keçirilən sorğuların nəticələri barədə təqdimatlar hazırlamaq;
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xisməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təlim üzrə Aparıcı Mütəxəssis ” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...