Qısa məzmun
Kontakt Home Təlim üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət qabiliyyəti olmalıdır.
Vəzifə öhdəlikləri:
- Təlimə olan tələbatın müəyyən edilməsi;
- Təlim proqramlarının hazırlanması;
- Təlim üsullarının təhlili və inkişafı;
- Təlim şirkətləri ilə əməkdaşlıq;
- Təlimlərin keçirilməsini təşkil etmək;
- Əməkdaşların inkişafı proqramlarında iştirak etmək;
- Təlimlə bağlı digər funksiyaları həyata keçirmək.
Tələblər:
- Ali təhsil (psixologiya, sosiologiya, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- Təlim sahəsində iş təcrübəsi 2 ildən artıq olmalıdır;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
- Ms Office (Word, Excel, Power point, Outlook) proqramlarını yüksək səviyyədə bilməli;
- Prezentasiya etmə bacarığı;
- Yüksək ünsiyyət qabiliyyəti;
- Təhlil etmə və planlaşdırma bacarığı.
İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00
- Korporativ telefon;
- Şirkətin məhsullarını güzəştli qiymətlərlə almaq imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. https://qlor.me/ktijls5v
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssisAR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...
600₼
İnsan resursları üzrə mütəxəssisSeylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...